İŞİD-in Kobanidə yeraltı sığınacaqları aşkarlandı
Bizi izləyin

Dünya

İŞİD-in Kobanidə yeraltı sığınacaqları aşkarlandı

İŞİD-in Mosula “vali” olaraq təyin etdiyi “Əbu Talut” kod adlı Həsən Suud Halilin zəhərlənərək öldürülməsindən sonra terror qruplaşmasına növbəti zərbə Kobanidə vurulub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD strateji məntəqələrdən hesab olunan Kobanidə ələ keçirdiyi əsas nöqtələri itirib.

Ələ keçirilən nöqtələrdə İŞİD-in yeraltı sığınacaqlar qazdıqları ortaya çıxıb. Terror qruplaşmasının Kobani səmalarında dolaşan üç pilotsuz uçuş aparatı YPG (kürd özünümüdafiə qüvvələri) tərəfindən vurulub.

Koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin Mosulda təşkil etdiyi hava hücumunda isə İŞİD-in yüksək rütbəli iki “polis məmuru” öldürülüb. Öldürülən “polis məmurları”nın Sultan Həməd və Əbubəkr Məsudi olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm