• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dəməşqdən kritik qərar: Əsəd buna hazırdır

  • Dünya
  • 26 Dekabr 2014 11:24
  • 492 Baxış
Dəməşqdən kritik qərar: Əsəd buna hazırdır

Suriyanın Bəşər Əsəd rejimi ilə Rusiya arasındakı danışıqlar sürətlənib.

Publika.az-ın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyanın bu ölkədəki səfiri Riyad Haddad ilə görüşüb.

Danışıqların əsas hədəfi rejim və müxalifəti bir araya gətirməkdir. Livan mətbuatı da Əsədin güzəştə getməyə hazır olduğunu yazıb. İddiaya görə, Əsəd əksəriyyəti müxalif nümayəndələrindən təşkil olunacaq yeni hökumətin qurulmasına hazırdır.

Mixail Boqdanov dekabrın 7-də İstanbulda Suriyanın Milli müxalifət və inqilab qüvvələri Koalisiyasının başçısı Haydı Bahra ilə görüşüb. Bir müddət əvvəl isə Suriyanın xarici işlər naziri Velid Muallim Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrov ilə bir araya gəlmişdi. Əsədin yanvar ayında Moskvaya edəcəyi səfərdə verəcəyi qərarlar da maraqla gözlənilir.

Xatırladaq ki, Suriya müxalifəti ilə Dəməşq rejiminin bir araya gətirilməsi təklifinin dekabrın 1-də Türkiyəyə etdiyi səfərində Vladimir Putin tərəfindən verildiyi iddia edilir. Lakin Putinin iddiasının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rədd edildiyi deyilir.

İddiaya görə, Suriyadakı müxalifətlə özlərinin də təmasda olduğunu dilə gətirən Putin “Sizin müxalifət üzərindəki təsirinizi bilirik. Onları razı salın, Əsədlə müxalifəti eyni masa ətrafında görüşdürək'” təklifi edib.

“Suriyada bu qədər hadisədən sonra müxalifəti Əsədlə eyni masa ətrafında əyləşdirmək mümkün deyil. Bunun üçün zəmin qalmayıb”, - deyə Türkiyə prezidenti cavab verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR