Daha iki dövlət SSRİ-yə girə bilər
Bizi izləyin

Dünya

Daha iki dövlət SSRİ-yə girə bilər

“Tacikistan və Özbəkistan 2015-ci ildən Avrasiya İqtisadi Birliyinə qoşula bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin üzvü İqor Morozov çıxış edib. Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinin verdiyi imkanlar digər ölkələri cəlb etməyə başlayıb:

“Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəal tərəfdaşıdır və onlarla azad ticarət zonası çərçivəsində münasibətlərimiz var. Düşünürəm ki, onlar Avrasiya İqtisadi Birliyinə qoşulmaq haqqında qərar verəcəklər. Tacikistan və Özbəkistan 2015-ci ildən Avrasiya İqtisadi Birliyinin üzvü ola bilər”.

Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin digər ölkələr üçün açıq olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm