Prezident seçə bilməyən parlament buraxılır
Bizi izləyin

Dünya

Prezident seçə bilməyən parlament buraxılır

Yunanıstanın parlamenti üçüncü səsvermədə də ölkə prezidentini seçə bilməyib.

Publika.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Antonis Samarasın təklif etdiyi keçmiş avrokomissar Stavrosa Dimasın namizədliyini 300 parlamentarinin 120-dən çoxu rədd edib.

Stavrosa Dimas üçüncü səsvermədə seçilməsi üçün 180+1 səs yığmalı idi. Yunanıstan qanunvericiliyinə əsasən, bundan sonra parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Yunanıstan baş naziri Antonis Samaras yeni prezidentin parlament tərəfindən seçilməsinə nail olmaq və növbədənkənar parlament seçkilərindən qaçmaq üçün müxalifətə bir sıra güzəştlər təklif etmişdi. Baş nazir hökumət koalisiyasını genişləndirmək, həmçinin 2015-ci ilin sonunda növbədənkənar parlament seçkilərini keçirmək istəyirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm