Kadırov Rusiya bloggerlərinə başçılıq edir - Reytinq
Bizi izləyin

Dünya

Kadırov Rusiya bloggerlərinə başçılıq edir - Reytinq

Rusiyanın “Medialoqiya" şirkəti 2014-cü ildə Rusiyanın ən məşhur bloggerlərin reytinqini açıqlayıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, siyahıda ilk yeri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov tutub.

Sonrakı yerləri Rusiya Baş nazirinin müavini Dmitri Roqozin və müxalifət lideri Aleksey Navalnı tutub.

Rusiya KİV-i bu il daha çox Çeçenistan prezidentinin bloqunda yazılanlarından sitat gətirib. Bununla da o, əvvəlki reytinqin lideri A.Navalnını birinci yerdən sıxışdırıb çıxarıb.

Jurnalistlərin diqqətini daha çox Qroznıda baş verən son terrok aktı, Ukrayna hərbçiləri tərəfindən saxlanılan “LifeNews” kanalın jurnalistləri Oleq Sidyakin və Marat Sayçenko, həmçinin İŞİD terror qruplaşması ilə bağlı Kadırovun açıqlamaları cəlb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm