Bu evdə milyonlar yatır
Bizi izləyin

Dünya

Bu evdə milyonlar yatır

Türkiyə milli lotereyasının yeni il buraxılışında yüksək məbləğdə uduşa sahib olan xoşbəx biletin sahibi TIR sürücüsü Halit Abak evə qapanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbrə görə, Halit Abakın eində səssizlik hökm sürür. Neçə gündü nə özü, nə də ailəsi evdən çölə çıxmır. Nə qapını kiminsə üzünə açır, nə də telefonlara cavab verir. Hətta özünün və ailəsinin sosial şəbəkələrdəki hesabları da bağlanıb.

Abakın hər zaman getdiyi kafedə işləyən bir nəfər deyib ki, onu yalnız iki gün əvvəl lotereya biletini yoxladarkən görüb. O gündən sonra Halit Abakı gördüm deyən olmayıb. Yalnız ötən gün DHA muxbiri cib telefonu vasitəsilə Halitlə iki kəlmə danışıb. Halit Abak sözügedən bəxtəvərin o olmadığını deyərək telefonu söndürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm