Dünya
Avtomobildə təqib edilən terrorçular: "Təslim olmayacağıq" – VİDEO
Fransa polisi içində “Charlie Hebdo” jurnalına hücumda şübhəli sayılan şəxslərin olduğu ehtimal edilən bir avtomobili izləyir.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, avtomobildən polislərə atəş açıldığı və şübhəlilərin əlində ən azı bir girovun olduğu bildirilir.
Məlumata görə, hazırda bölgədə 90 min polis və əsgər şübhəlilərin tutulması əməliyyatına qatılıb. Əməliyyat bölgəsində insanların küçələrə çıxması qadağan edilib.
Son məlumatlara görə, təqib olunan Səid və Şərif Kuaşi qardaşları polislərlə telefonda danışıblar. Qardaşlar polisə “təslim olmayacağıq, şəhid olmaq istəyirik, ölməyə hazırıq” deyiblər. Onları 3 vertolyot havadan təqib edir.
Qeyd edək ki, şübhəlilərin tutulması əməliyyatı ilə bağlı ziddiyyətli məlumatlar gəlməkdədir. Bir müddət əvvəl terror aktına görə şübhəli hesab olunan Şərif və Səid Kuaşi qardaşlarının Parisin 50 kilometr cənubunda yerləşən Dammarten-an-Qoel departamentində CDT sənaye zonasında bir binada mühasirəyə alındığı xəbəri yayılıb. Sənaye zonası polis tərəfindən tamamilə mühasirəyə alındığı bildirilib.
Paris prokurorluğu isə ərazidə baş verən atışma zamanı iki nəfərin ölməsi barədə informasiyanı təkzib edib.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu