Dünya
32 yaşlı kişi 3 yaşlı qızı döydü, sonra təcavüz etdi
3 yaşlı uşağa təcavüz edən 32 yaşlı kişi yaxalanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantepdə dəmir yolunda İ.K. adlı 3 yaşlı qız uşağını döydükdən sonra ona təcavüz edən Ü.S. adlı şəxs yaxalandıqdan sonra məhkəmə qarşısına çıxarılıb.
Bildirilir ki, Çakmak məhəlləsində gəzişən şəxslər dəmir yolunun yaxınlığında yerdə huşsuz vəziyyətdə uzanmış qız uşağını gördükdə dərhal bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları qızı xəstəxanaya yerləşdiriblər. Məlum olub ki, İ.K. hadisədən bir neçə saat öncə itkin düşdüyü üçün axtarışa verilib. Xəstəxanada aparılan müayinə zamanı 3 yaşlı qızın vəhşicəsinə döyüldüyü, ağır bədən xəsarətləri aldığı və təcavüzə məruz qaldığı bəlli olub.
Faktla bağlı araşdırma aparan polis əməkdaşları qızın ən son görüldüyü yerin – orta məktəbin təhlükəsizlik kamerasındakı görüntüləri incələməyə başlayıb. Bu zaman məlum olub ki, 3 yaşlı uşaq məktəbdən bir kişi ilə bir yerdə çıxıb. Dərhal həmin şəxsin fotorobotu hazırlanıb və kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılıb. Polisin araşdırmalarından sonra İ.K.-yə təcavüz edən şəxsin 32 yaşlı Ü.S. olduğu bəlli olub.
Hasırcıoğlu məhəlləsində yaşadığı evdə yaxalanan şübhəli şəxs polis idarəsinə aparılıb. O, ifadəsində bildirib ki, məktəbin qarşısında rastlaşdığı 3 yaşlı qıza «Sən necə də şirinsən» deyərək onu qucağına alıb özü ilə aparıb. Bundan sonra Ü.S. qızı dəmir yoluna tərəf aparıb və orada onu döydükdən sonra İ.K.-yə təcavüz edib. «Qızın ağlamasından qorxuya düşdüm və onu döyməyə başladım. Bu yolla onun sakit olacağını düşünürdüm» deyə ifadə verən Ü.S. məhkəmə qərarı ilə həbs olunub və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Vazeh
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR