Ərdoğan: Netanyahu hansı üzlə o yürüşə qatıldı - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan: Netanyahu hansı üzlə o yürüşə qatıldı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Parisdəki yürüşə qatılmasına sərt təpki göstərib.

Publika.az-ın məlumatına görə, baş nazir Fələstin dövlət başçısı Mahmud Abbasla Türkiyədə keçirdiyi mətbuat konfransında Netanyahunun o tədbirdə iştirak etməyə haqqı çatmadığını bildirib.

"Qəzzada 2,500 insanı öldürərək qətliam törədən bir zatın orada əl sallamasına necə baxırsız? Sanki tribunada insanlar onu çox həyəcanla gözləyirmiş kimi onlara əl sallayır. Hansı üzlə ora getdi, başa düşə bilmirəm. Siz qətlə yetirdiyiniz körpələrin, qadınların hesabını verin. Suriyada 350 min insan öldürüldü, amma dünyanın tükü də tərpənmədi”, - Ərdoğan bildirib.

video

Oxumağa davam et
Reklam
Reklam

Gündəm