Türkiyə lazer silahını sınaqdan keçirdi
Bizi izləyin

Dünya

Türkiyə lazer silahını sınaqdan keçirdi

Türkiyə yüksək enerjili lazer silahı modelini sınaqdan keçirib.

Publika.az-ın məlumatına görə, Türkiyə elmi-texniki təhqiqat şurasında (TUBİTAK) aparılan sınaqlar zamanı lazer hərəkət edən platforma üzərində yerləşdirilmiş hədəfi dəqiqliklə nişan alıb.

Türkiyədə elmi-texniki təhqiqat şurasının (TUBİTAK) və Ankaranın Bilkent Universitetinin iştirakı ilə lazer silahı sahəsi üzrə tədqiqatlar 2013-cü ilin may ayından başlanılıb. Altı il üçün nəzərdə tutulan layihənin büdcəsi təxminən 120 milyon lirə (50 milyon dollara yaxın) təşkil edir.

Hazırda bir sıra inkişaf etmiş ölkələrdə lazer silahının yaradılması sahəsində tədqiqatlar aparılır. Keçən ilin dekabr ayında ABŞ hərbi dəniz qüvvələri kiçik qayıqları və pilotsuz təyyarələri məhv etməyə qadir yeni lazer silahının hazırlandığı barədə xəbər vermişdi. Silahın əsas məqsədinin Fars körfəzindəki döyüş gəmilərini asimmetrik təhlükədən qorumaq məqsədi daşıdığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm