“Normandiya dördlüyü” Ukrayna barədə razılaşdı
Bizi izləyin

Dünya

“Normandiya dördlüyü” Ukrayna barədə razılaşdı

“Normandiya dördlüyü” (Ukrayna, Almaniya, Fransa və Rusiya) Donbas hövzəsində ağır silahların geri çəkilməsi haqqında razılaşıb.

Publika.az “unian.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna, Almaniya, Fransa və Rusiyanın xarici işlər nazirləri Ukraynanın şərqində bütün tərəfləri hərbi hərəkətləri dayandırmağa və Minsk memorandumuna uyğun ağır silahların ayrılma xəttindən aparmağa çağırıb.

Xarici işlər nazirlərinin dünən Berlində keçirdiyi görüşdən sonra qəbul olunan birgə bəyanatda deyilir ki, üçtərəfli əlaqə qrupu bu razılıqların həyata keçirilməsi mexanizmlərinin hazırlaması üçün toplaşmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm