Sakinlər polisə qardan şikayət etdilər
Bizi izləyin

Dünya

Sakinlər polisə qardan şikayət etdilər

Norveçin Eust-Aqder quberniyasının polisi yerli əhalinin bölməyə etdiyi zənglərdən bezib. İş ondadır ki, əhali yağan qardan şikayət edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq mühafizə orqanları ünvanlarına daxil olan çoxsaylı şikayətlər barədə özlərinin “Twitter” səhifələrində qeyd edib.

Sosial şəbəkədə polis əhalinin şikayətini yerləşdirib: “İnsanlar zəng edərək yağan qardan gileylənirlər. Çünki onlar işə gecikməklə yanaşı, poçtalyondan qəzetləri ala bilmirlər. Bu müraciətlərə yaxın zamanlarda baxılacaq”.

Eust-Aqder quberniyasının polisinin “Dagbladet” qəzetində verdiyi açıqlamada bildirilir ki, bu insanlar Norveçdə yaşayır və istənilən halda qarın yağmasını qəbul etməlidirlər.

Sinoptiklər isə yaxın günlərdə yenə qar yağacağını proqnozlaşdırırlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm