ABŞ İraqın ordusunu müharibəyə hazırlayır
Bizi izləyin

Dünya

ABŞ İraqın ordusunu müharibəyə hazırlayır

İraq və ABŞ hərbçiləri Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üçün birgə əməliyyat hazırlayırlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi komandanlığının rəhbəri, general Lloyd Ostin bildirib.

Onun sözlərinə görə, ABŞ və İraq hərbçiləri artıq genişmiqyaslı əməliyyatın hazırlığına başlayıb. ABŞ hərbi komandanlığının əməliyyatlara hazırlayacağı iki diviziondakı İraq hərbçilərinin sayı 4 mini keçir. Hazırlıq dörd aydan altı aya qədər davam edəcək.

General bildirib ki, İŞİD-in İraqdakı döyüşçülərinin sayı barədə dəqiq məlumatlara malik deyil. O əlavə edib ki, İŞİD-in İraqda 14 min döyüşçüsünün olduğu təxmin edilir.

Xatırladaq ki, İŞİD ötən ilin yayında Suriya və İraqın xeyli ərazisini ələ keçirərək burada “xilafət” qurub. İraqın ən böyük şəhərlərindən olan Mosul da həmin vaxt tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm