Poroşenkodan “güclü Rusiya ordusu” etirafı
Bizi izləyin

Dünya

Poroşenkodan “güclü Rusiya ordusu” etirafı

“Biz yeni ordu yaratdıq və terrorçuları saxlaya bilərik. Amma biz hərbi güclə bu münaqişəyə son qoya bilməyəcəyik. Rusiyanın bir milyon əsgəri var və dünyada ən böyük ordulardan biridir. Biz Rusiya ordusuna qarşı dura bilmirik”.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Polşanın “TVN24 BiS” telekanalının efirində deyib.

“Hamı danışıqlar stoluna oturmalıdır. Rusiya da öz növbəsində Minsk planını yerinə yetirməlidir. Biz Rusiyanı öz hərbçilərini Ukraynadan çıxarmağa, terrorçulara ağır silahları göndərməyi və maliyyələşdirməni dayandırmağa çağırırıq”, - Poroşenko bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, təhlükəsizliyi möhkəmləndirmək üçün Rusiya ilə danışıqların alternativi yoxdur. Onun sözlərinə görə, söhbət yalnız sanksiyalardan deyil, həmçinin Rusiya əsgərlərinin Ukraynada ölməsindən gedir: “Rusiya əsgərlərinin özləri də bilmirlər ki, Ukraynada nə üçün ölürlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm