İŞİD-in “baş kimyagər”i öldürüldü
Bizi izləyin

Dünya

İŞİD-in “baş kimyagər”i öldürüldü

İraqın Mosul şəhərinin yaxınlığında “İslam Dövləti” (İŞİD) terror qruplaşmasına işləyən kimyəvi silah üzrə ekspert Abu Malik öldürülüb.

Publika.az “İnterfaks” informasiya agentliyinə isinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığından bildirilib.

Qeyd olunur ki, Abu Malik Səddam Hüseynin yanında kimyəvi silah istehsalında işləyib. O, 2005-ci ildə “Əl-Qaidə”yə, daha sonra isə İŞİD-ə qoşulub. Amerika ordusunun rəhbərliyindən vurğulanıb ki, ekspertin məhv edilməsi terror qruplaşmasının kimyəvi silah istehsalı üzrə potensialını azaldacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm