Dünya
Hərbi ekspert: “Rusiya qoşunları Ukrayna qoşunlarının “sıxışdırılması” taktikasına keçib”
Son gün ərzində Rusiya qoşunları və separatçı qüvvələr Debalsevso rayonu ərazisində daha da aktivləşib.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “İnformasiya müqaviməti” qrupunun rəhbəri, hərbi ekspert Dmitri Tımçuk bildirib.
“Rəqib müharibə meydanının ən gərgin ərazisi olan Debaltsevoda Ukrayna qoşunlarının “sıxışdırması” taktikasına keçib. Çernuxino və Uqleqorskdan vurulan zərbələr ona hesablanıb ki, Ukrayna hərbi bölmələri Debaltsevodan çəkilməyə məcbur olsun”, - Tımçuk bildirir.
Onun sözlərinə görə, ərazidə hazırda rəqibin ən azı 4 taktik qrupu qeydə alınıb. İki taktik qrup Uqleqorsk istiqamətindən, biri Çernuxino, digər biri isə Nikişino istiqamətdən Ukrayna qoşunlarını mühasirəyə almağa çalışır.
Dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib ki, Rusiya qoşunları və separatçıların Donbasdakı hərbi güclərinin böyük hissəsi hazırda Debalsevoda gedən döyüşlərə cəlb edilib.
Ömər Dağlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı