ABŞ SSRİ-nin Əfqanıstan təcrübəsini təhlil edir
Bizi izləyin

Dünya

ABŞ SSRİ-nin Əfqanıstan təcrübəsini təhlil edir

Son sovet əsgərinin Əfqanıstandan çıxarılmasından 25 il sonra isə Əfqanıstandakı NATO qüvvələri buradan çıxmağa hazırlaşır.

ABŞ Əfqanıstandan çıxarkən keçmiş SSRİ təcrübəsindən istifadə emək istəyir.Publika.Az –ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Franz Klintseviç ABŞ Müdafiə Nazirliyinin sovet təcrübəsini analiz etdiyini söyləyib.

Sovet lideri Leonid Brejnevin əmri ilə 24 Dekabr 1979-cu ildə Əfqanıstana daxil olan sovet qoşunu 15 Fevral 1989-cu ildə Mixail Qorbaçovun əmri ilə geri çəkilmişdi. Son sovet əsgərinin Əfqanıstandan çıxarılmasından 25 il sonra isə Əfqanıstandakı NATO qüvvələri buradan çıxmağa hazırlaşır.

Moskvada keçirilən bir konfransda çıxış edən F.Klintseviç “Biz ABŞ ilə əməkdaşlıq edirik. Koalisiya güclərinin Əfqanıstandan çəkilməsi çətin bir iş olacaq. Onlar sovet güclərinin təcrübəsini analiz edir” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm