Putindən Donbas üçün “çeçen variantı”: Pul və muxtariyyət
Bizi izləyin

Dünya

Putindən Donbas üçün “çeçen variantı”: Pul və muxtariyyət

Rusiya prezidenti Vladimir Putin Almaniyanın kansleri Angela Merkelə Ukraynanın şərqində münaqişənin nizama salınması üçün “çeçen variantı” təklif edib.

Publika.az xəbər verir ki, bu barədə şəxsi mənbələrə istinadən “Financial Times” nəşri yazıb.

Nəşrin yazdığına görə, Putin təklifini “Böyük iyirmiliyin” (“G20”) ötən ilin noyabr ayında Avstraliyanın Brisben şəhərində keçirilən sammitində səsləndirib.

“Financial Times” qeyd edir ki, Merkel Putindən münaqişənin həlli üçün həqiqətən də razılaşmaya nail olmağı istəyib-istəmədiyini eşitmək istəyib. Putin isə cavabında bildirib ki, Rusiya Çeçenistan Respublikasında separatçıların öhdəsindən gəlmək üçün etdiklərini Kiyev də eynilə ölkənin şərqində etməlidir. Yəni, Rusiya lideri Donbas separatçılarının muxtariyyət və pulla ələ alınmasını təklif edib.

Nəşrin mənbələri bu təklifin Merkel üçün qəbuledilməz olduğunu deyib.

Rusiya məmurlarından biri isə bildirib ki, Putin və Merkel heç vaxt bir-birinin hərəkətlərinə dözə bilməyib: “Onlar peşəkarlardır. Buna görə də onlar xeyli vaxt ərzində “mehriban” olublar. Amma indi hər şey dəyişdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm