Prezidentin ölümü 3 ay gizlədilib – Şok
Bizi izləyin

Dünya

Prezidentin ölümü 3 ay gizlədilib – Şok

İki il öncə həyatını itirən Venesuela Prezidenti Uqo Çavesin ölümünün hökumət tərəfindən bir neçə ay gizli saxlandığı ortaya çıxıb.

Axar.az xəbər verir ki, bunu Çavesin ötən ayın dekabrında ABŞ-a sığınan cangüdəni və sağ əli hesab olunan Leamsi Salazar iddia edib. Onun sözlərinə görə, Venesuelanın əfsanəvi lideri 5 mart 2013-cü ilədə yox, 30 dekabr 2012-ci ildə ölüb.

Bildirək ki, İngiltərənin “Tayms” (The Times) qəzetində yayımlanan bu iddia təsdiqini taparsa, ölüm xəbərinin gizlədildiyi 3 ay müddətində Çavesin “imzaladığı” bütün qanunlar da etibarsız sayılacaq. Məsələyə münasibət bildirən Venesuela hökuməti isə Salazarı ABŞ casusu adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm