Şimali Koreya ABŞ-a ultimatum verdi
Bizi izləyin

Dünya

Şimali Koreya ABŞ-a ultimatum verdi

Şimali Koreyanın dövlət müdafiə komitəsi nüvə müharibəsi də daxil olmaqla bütün növ müharibələrdə ABŞ-la qarşıdurmaya qadir olduqlarını bəyan edib.

Publika.az-ın məlumatına görə, Şimali Koreya “ABŞ Prezidenti Barak Obama administrasiyasının sərt düşmənçilik hərəkətlərinə cavab olaraq” ən qətiyyətli əks-tədbirlər görmək niyyətində olduğunu bildirib.

Dövlət müdafiə komitəsinin bəyanatında “respublikanın ideologiyasını tapdalamağa və onun sosioloji quruluşunu devirməyə çalışan” ABŞ-la danışıqlar masasına oturmaq üçün artıq lüzum olmadığı da qeyd edilir.

Komitə Koreyanın ABŞ-la münaqişədə kompakt, yüksək dəqiqliyə malik nüvə silahı, quru, dəniz, sualtı, hava qoşunları və kibernet hərbi vasitələrini müvəffəqiyyətlə tətbiq edə biləcəyi fikrindədir.

Bundan başqa Kim Çen Inın rəhbərlik etdiyi komitənin bəyanatında “Koreya xalq ordusunun çuçxey strategiya və taktikasından, həmçinin tarixdə presedenti olmayan hərbi əməliyyatlar metodunun tətbiqindən istifadə edəcəyini” vurğulanır.

Analitiklər Pxenyanın belə sərt bəyanatı ABŞ Prezidenti Barak Obamanın Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi qərarından, həmçinin Amerika siyasi və hərbi rəhbərliyinin ölkənin blokadasını gücləndirmək çağırışlarından hiddətlənərək verdiyini düşünürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm