Dünya
Ermənistan boşalır: 453 min vətəndaş ölkədən getdi
Son 14 ildə Ermənistanı 453 min vətəndaşı tərk
edib.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, Parisdə gündəlik
nəşr olunan “Ermənistan xəbərləri“ jurnalı 8 fevral tarixli
nömrəsində Ermənistanı tərk edən əhalinin statistikası ilə bağlı
məlumat dərc edib.
Son dövrlərdə ölkə əhalisinin sayının sürətlə azaldığı diqqətə
çatdırılan məqalədə ermənilər arasında imiqrasiyanın geniş şəkil
almasının əsl səbəbi kimi ölkə iqtisadiyyatının tənəzzülə uğraması,
aclıq və safalətin hökm sürməsi, korrupsiyaya qurşanan məmurların
özbaşınalığı olduğu vurğulanır.
Ermənistan statistika idarəsinin məlumatına əsasən, son 14 ildə 453
min vətəndaşın ölkəni tərk etdiyi bildirilir. Məqalədə Ermənistan
müstəqillik əldə etdiyi dövrdən ermənilərin ölkəni tərk etmələrinin
heç vaxt ara vermədiyi, əksinə getdikcə daha intensiv şəkil aldığı
qeyd olunur.
Jurnal Ermənistan vətəndaşlığından imtina edənlərin nə vaxtsa
ölkəyə geri qayıdacağının böyük şübhə altında olduğunu, uzun illər
acı məhrumiyyətlərə dözmək məcburiyyətində qaldıqlarından
Ermənistanı tərk edənlərin onları fəlakətlər gözləyən vətənlərinə
yenidən qayıtmaq fikrində olmadıqlarını yazır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu