Parisdə avtomobilləri “yəhudiləşdirən” şəxs saxlanıldı
Bizi izləyin

Dünya

Parisdə avtomobilləri “yəhudiləşdirən” şəxs saxlanıldı

Fransada avtomobillərin üzərinə “yəhudi” sözü yazan bir nəfər saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs bir gecə ərzində ən azı 20 avtomobilin üzərinə ağ rənglə “yəhudi” sözünü yazıb.

Saxlanılan şəxs hazırda həbsdədir. Onun şəxsiyyəti və hərəkətinin motivləri haqqında hələlik məlumat yoxdur.

Fevralın 9-da isə Paris polisi “Hyper Cacher” koşer supermarketinin yaxınlığında İsrail bayrağını yandırmağa cəhd edən 38 yaşlı kişini saxlayıb. O, psixiatrik ekspertizaya göndərilib. Polisdə onun əqli çatışmazlığının olması barədə şübhələr yaranıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm