• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bütün yollara əl atacağıq” - Sarkisyana qarşı ÜSYAN ÇAĞIRIŞI

  • Dünya
  • 13 Fevral 2015 18:28
  • 890 Baxış
“Bütün yollara əl atacağıq” - Sarkisyana qarşı ÜSYAN ÇAĞIRIŞI

“Ermənistanın hazırkı şərəfsiz və biabırçı hakimiyyətini tezliklə dəyişmək lazımdır”.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” Partiyasının Siyasi Şurasının genişləndirilmiş iclasında partiyanın lideri Qaqik Sarukyan deyib.

Sarukyan qeyd edib ki, bu gün Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və “İrs” Partiyasının sədri Raffi Ovannisyanla görüşəcək. Sarukyan görüşdə birgə hərəkətlərin yer aldığı paketin müzakirə ediləcəyini bildirib.

"Bizim əsas məsələmiz şəxsi düşmənçilik münasibətlərini bir kənara qoyub ölkəyə və xalqa kömək etməkdir. Prezident vəzifəsini tutan bir insanın proqram bəyanatında ölkəmizin inkişafı haqqında narahatlığı görmədim. Məhz onun hakimiyyəti illərində ölkə iqtisadiyyatı kəskin zəifləyib, investisiyalar azalıb, yoxsulluq artıb və bununla paralel qeyri-legitim biznesin səviyyəsi artıb. Niyə biznes barəsində dövlətin terrorçu siyasəti özünü göstərir? Niyə miqrasiya qorxunc hal alıb? Niyə banklarda bütöv kəndlər, insanların bütün əmlakı girov qoyulub? Niyə Ermənistan və Qarabağın sərhədlərində gərginlik artıb, biz hər gün yeni qurbanlar haqqında eşidirik? Niyə kazinoda uduzulmuş milyonlarla dollar haqqında AŞPA-da məsələ qaldırılır? Niyə “Nairit” kimya zavodunda milyonlarla dollar qarət edilib və 1700 insan küçədə qalıb?” - partiya sədri sual verib.

Avrasiya İqtisadi İttifaqının Astana sammitini yada salan Qaqik Sarukyan bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən alçaldıldığı zaman prezidenti Serj Sarkisyan susmaqla kifayətləndi.

Sarukyan Sarkisyanın ona etdiyi şirnikləşdirici təklifləri də açıqlayıb: “Səmimi olmaq istəyirəm. Sarkisyan mənə əməkdaşlığın müxtəlif variantları, həmçinin Konstitusiya dəyişikliyindən sonra prezident postunu təklif edib. Amma bir şərtlə ki, onun faktiki olaraq ömürlük hakimiyyətdə qalmaq arzusunun reallaşması ilə razlaşmalı idim. Onun hakimiyyəti illərində ölkənin xarici borcu daha üç milyard dollar artdı. Xalqdan milyardlarla dollar oğurlanıb. Bu pullar haradadır? Xalq əla bilir ki, haradadır”.

Prezidentin onun ünvanına səsləndirdiyi təhqirlərə gəlincə, Sarukyan cavab verməyəcəyini və Sarkisyanın səviyyəsinə düşməyəcəyini deyib.

“Əziz həmvətənlər, mübarizəyə hazırlaşın. Əgər bütün xalq ayağa qalxacaqsa, hakimiyyət dəyişdiriləcək. Bütün siyasi qanuni üsullarla - gecə-gündüz mitinqlər, yürüşlər, nümayişlər, itaətsizlik və sair yollarla Serj Sarkisyanın istefasına nail olmaq, bu şər hakimiyyətdən azad olmaq üçün sizi ümummilli səfərbərliyə çağırıram”, - partiya sədri çıxışını yekunlaşdırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR