Dünya
Yaşlı qadından İŞİD üzvlərinə xəbərdarlıq – FOTOLAR+VİDEO
Suriyada yaşayan qoca qadının cəsarətli hərəkəti internet istifadəçilərini şoka salıb. Belə ki, yaşlı qadın qorxmadan İŞİD terror təşkilatının üzvlərinə yaxınlaşaraq, onların lənətləndiyini deyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaşlı qadın İŞİD hərbçilərinin əyləşdiyi maşına yaxınlaşıb, onları şeytan adlandırıb. Sonra isə qadın deyib: “And içirəm ki, sizin etdiyinizi heç bir hərəkət Allah yolunda deyil”.
Eşitdiklərindən təəccüblənən İŞİD üzvü qadından sözlərini təkrar etməsini tələb edib. Qadın isə qəddar terrorçulardan çəkinmədən onların törətdiyi hərəkətləri pisləyib və İŞİD-çilərin lənətləndiyini təkrarlayıb.
İŞİD üzvləri isə onu dinləmək istəməyərək, məşğul olduqlarını bəhanə gətirib və ərazidən uzaqlaşmağa çalışıblar. Ərəb milli geyimində olan qadın sonradan Qurandan ayələr gətirməklə terrorçuları amansız cinayətlərdən çəkindirməyə çalışıb.
Qəzəblənmiş qadın onları düzgün yola çəkməyə çalışaraq deyib: “Heç kimin qanını tökməyin və heç kim də sizin qanınızı tökməyəcək. Allah etdiklərinizi görür. Dinimizin ayələrini inkar edənlərə cənnətin qapıları açıq olmayacaq və onlar cənnətə daxil ola bilməyəcək”.
Nura
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR