Rusiya ABŞ səfirinin iddialarını “falçılıq” adlandırdı
Bizi izləyin

Dünya

Rusiya ABŞ səfirinin iddialarını “falçılıq” adlandırdı

Rusiya Müdafiə Nazirliyinin rəsmisi ölkənin hərbi texnikasının Ukraynada olması barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payettanın iddiaları “falçılıq” adlandırıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov ABŞ səfirinin qəhvə çöküntüsü ilə fala baxdığını deyib.

“Amerika kəşfiyyatından fərqli olaraq, Rusiya hərbi müəssisəsində hər hansı informasiyanın etibarlılığını yoxlamaq üçün qəhvə çöküntüsü ilə fala baxmırlar”, - Konaşenkov qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Ukraynadakı səfiri Cefri Payetta “Twitter”dəki mikrobloqunda peykdən çəkilən fotoşəkilləri yerləşdirib. Fotoşəkillərdə Rusiyanın Ukraynada yerləşdirdiyi artilleriya sistemləri göstərilir. Səfir şəkillərin altından “Debaltsevo. Biz əminik ki, hərbçilər və artilleriya sistemləri Rusiyanındır” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm