Ukraynada atəş kəsilmədi: Debaltsevo uğrunda döyüşlər davam edir
Bizi izləyin

Dünya

Ukraynada atəş kəsilmədi: Debaltsevo uğrunda döyüşlər davam edir

Rusiyameyilli separatçılar Avropa müşahidəçilərini Ukraynanın şərqində müharibənin getdiyi Debaltsevo şəhərinə buraxmayıblar.

Publika.az-ın məlumatına görə, ATƏT, ötən gecə yarısından başlayaraq Ukraynanın şərqində atışmaların dayandırılmasına dair razılıq əldə olunsa da, üsyançıların nəzarətindəki Luqansk və Donetsk arasındakı dəmir yolu qovşağı olan Debaltsevoda döyüşlərin davam etdiyini bildirib.

Üsyançıların iddiasına görə, atəşkəs razılığı Debaltsevoya şamil olunmur. Şəhərdə üsyançılar Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.

Ukrayna ordusunun sözçüsü Andriy Lısenkonun sözlərinə görə, keçən həftə Belarus paytaxtı Minskdə əldə olunan atəşkəs razılığı qüvvəyə minəndən sonra bir neçə saat ərzində separatçılar Kiyev qüvvələrini 10 dəfədən artıq artilleriya hücumuna məruz qoyub. Ancaq o, ümumilikdə ölkənin şərqində sabitliyin bərqərar olduğunu bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib ki, Luqansk regionunda atışmalara görə Rusiya kazakları məsuliyyət daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm