Dünya
Jirinovski: "Kiyevi yandıracağıq" - VİDEO
Liberal Demokratiya Partiyasının
lideri Vladimir Jirinovski növbəti dəfə dilinin bəlasına
düşüb.
Rusiyanın NTV kanalında məşhur “Spisok Norkina” verilişinə
qatılan Jirinovski Minsk danışıqlarının nəticələrinin müzakirəsi
zamanı özündən çıxaraq aparıcının tələsinə düşüb.
Aparıcı Jirinovskinin tez coşduğunu bilərərk dalbadal ona
suallar verib. Bu zaman Rusiya xalqının kasıblığından danışmağa
başlayan Jirinovski, özündən çıxaraq Kiyevin yandırılması fikrinə
qədər gedib: “Kiyevi məhv edəcəyik, yandıracağıq
Kiyevi”.
Bundan sonra “Nə deyirsiz, tankları Kiyevə yönəldək”, -
sualına isə “Tanklar yox, uzaqdan hücumla. Donetskdən Kiyevi
yandıraq. Çünki bu, ruslara qarşı müharibədir”, - deyə cavab
verib.
Bu zaman aparıcının “Vladimir Volvofiç, Kiyevin yarısı rusdur, onları da məhv edək”, - sualından səhvini başa düşən Jirinovski dediyi sözü inkar edib. “Yox, mən dəqiq hücumlarla, yalnız dövlət binalarına nişanlanmış raketlərlə məhvdən danışıram”, - deyərək sözündən qaçır.(ANS TV)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR