Peyğəmbərin karikaturasını çəkən rəssam gizləndi
Bizi izləyin

Dünya

Peyğəmbərin karikaturasını çəkən rəssam gizləndi

Danimarkada söz azadlığı ilə bağlı seminarda törədilən terror aktının mümkün əsas hədəfi olan rəssam Lars Vilks gizlənib.

Publika.az-ın məlumatına görə, ötən həftə 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnmiş terror aktından sonra CNN-ə açıqlama verən rəssam deyib ki, hücum edən şəxs polislərdən daha yaxşı silahlanmışdı.

Vilks atışma başlayan kimi cangüdəninin onu başqa bir otağa keçirib gizlətdiyini deyib. Atışma zamanı ölən şəxs Danimarka Film İnstitutunun direktoru Finn Noergaarddır.

Vilks Məhəmməd peyğəmbərin karikaturasını çəkən, buna görə də radikal islamçı təşkilatların qara siyahısına düşən rəssamdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm