• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Kasperski” “casus” tapdı

  • Dünya
  • 17 Fevral 2015 12:06
  • 427 Baxış
“Kasperski” “casus” tapdı

Rusiyanın “Kasperski laboratoriyası” şirkəti ABŞ-ın yeni casus proqramlarını aşkar edib.

Publika.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, antivirus istehsalçısı virusla yoluxdurulma halının dünyanın 30 ölkəsindəki kompüterlərdə aşkarlandığını bildirib.

Bu siyahıda Rusiyadan başqa, İran, Pakistan, Əfqanıstan, Çin, Mali, Suriya, Yəmən və Əlcəzair kimi ölkələr var. Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi casus proqramı gizlətməyi öyrənib. Bu, xüsusi xidmət orqanlarına kompüter istifadəçilərinin xəbəri olmadan məlumatları oxumağa imkan verir.

“Kasperski laboratoriyası” qeyd edir ki, izlənmənin hədəfi hökumət və hərbi müəssisələr, telekommunikasiya və energetika şirkətləri, banklar, atom tədqiqat mərkəzləri, KİV-lər və islam fəalları olub. Şirkət bildirir ki, bu sxem “Stuxnet” virusu ilə sıx bağlıdır. Xatırlanır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin sifarişi ilə bu virusdan İranda uranı zənginləşdirən zavoda hücum zamanı istifadə edilmişdi.

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı “Reuters” informasiya agentliyinə təsdiqləyib ki, “Kasperski laboratoriya”sının analizi düzgündür. Digər bir kəşfiyyatçı da bildirib ki, Milli Təhlükəsizlik Agentliyi, həqiqətən də, sərt disklərdə casus proqramlarının gizlədilməsi texnologiyasını hazırlayıb.

“Kasperski laboratoriyası” qeyd edir ki, dünya bazarını əhatə edən bir sıra aparıcı şirkətlərin sərt diskləri sözügedən casus proqramları qarşısında zəifdir. Burada “Western Digital”, “Seagate Technology”, “Toshiba”, IBM, “Micron Technology” və “Samsung Electronics” kimi şirkətlərdən söhbət gedir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR