Əfqanıstanda ölən mülki vətəndaşların sayı artıb
Bizi izləyin

Dünya

Əfqanıstanda ölən mülki vətəndaşların sayı artıb

Zorakılıq nəticəsində həlak olan əfqan mülki vətəndaşların sayı keçən illə müqayisədə 25 faiz artıb.

Publika.az-ın məlumatına görə, bu barədə BMT-nin ötən gün açıqladığı hesabatında bildirilir. BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) bildirib ki, döyüşlər zamanı 3 min 699 mülki vətəndaş ölüb, 6 min 849 nəfər isə yaralanıb. Ölənlər arasında rekord sayda qadın və uşaq var.

Hesabata görə, insanların məskunlaşdığı ərazilərdə zorakılıqların sayı artıb. Bu hücumlarda həm, partlayıcı maddələrdən, həm də intiharçı hücumlarından istifadə edilib. Başqa bir faktor kimi 2014-cü ildə beynəlxalq qoşunların ölkədən çıxaraq məsuliyyəti Əfqanıstan təhlükəsizlik qüvvələrinə həvalə etməsidir.

Hesabatda deyilir ki, 2014-cü ildə insan tələfatının 72 faizinə görə, Taliban və digər yaraqlı qruplar, 14 faizinə görə isə Əfqanıstan və beynəlxalq qoşunlar məsuliyyət daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm