Bu şəhərdə cəsəd toplamaq xüsusi işə çevrilib - FOTO
Bizi izləyin

Dünya

Bu şəhərdə cəsəd toplamaq xüsusi işə çevrilib - FOTO

Şiddətli döyüşlərin baş verdiyi Suriyanın Kobani şəhərində İŞİD terror təşkilatının ölən üzvlərinin cəsədlərini xüsusi paltarlı və maskalı şəxslər toplayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 4 ay davam edən döyüşlərdən sonra terror təşkilatının geri çəkilməsi ilə şəhərdə həyat yavaş-yavaş normal vəziyyətə dönməyə başlayıb.

Şəhərdə ziyan görməyən prospekt, məhəllə və ya küçə yoxdur. Bazarlar, xəstəxanalar, yaşayış binaları və iş yerləri yerlə bir olub. Döyüşlərin izlərini daşıyan küçələrdə partlamamış hərbi sursatlara rast gəlmək mümkündür.

Vətəndaşların şəhərin şərq hissəsinə girişinə icazə verilmir, digər hissələrdəki evlər isə istifadəyə yararlı vəziyyətə gətirilir. Türkiyəyə sığınan və bir müddətdir evlərinə qayıtmağa başlayan suriyalı kürdlər isə şəhərin yenidən inşasına başlayıblar. İnsanların normal həyata qayıtması üçün əsas şərtlərdən biri isə şəhərin İŞİD üzvlərinin cəsədlərindən təmizlənməsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm