Kürdlər İŞİD-in paytaxtına yaxınlaşıb
Bizi izləyin

Dünya

Kürdlər İŞİD-in paytaxtına yaxınlaşıb

Suriyada kürd üsyançı qüvvələri Rakka əyalətinin sərhədlərinə yaxınlaşıblar.

Publika.az-ın məlumatına görə, bu barədə Britaniyada yerləşən Suriya insan hüquqlarını müşahidə mərkəzi məlumat yayıb. Təşkilatın verdiyi məlumata görə kürd döyüşçüləri və yerli müttəfiq silahlı qruplar 20-yə yaxın kəndi ələ keçiriblər.

ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın hava qüvvələrinin dəstəklədiyi kürdlər yanvar ayında sərhədyanı Kobani şəhəri yaxınlığındakı döyüşdə cihadçıları darmadağın etdikdən sonra cənuba doğru hərəkət etməkdədirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm