• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Erməni politoloq: “Serj Sarkisyanın problemi odur ki...”

  • Dünya
  • 23 Fevral 2015 17:02
  • 613 Baxış
Erməni politoloq: “Serj Sarkisyanın problemi odur ki...”

“Serj Sarkisyanın problemi ondan ibarətdir ki, onu Ermənistan prezidenti hesab etmirlər”.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında erməni politoloqu Ovanes İqityan bildirib.

Ermənistanın ikinci prezidenti Robert Köçaryanın ölkədə oliqarxiya sistemini yaratdığını deyən politoloq Sarkisyanın da bu sistemi dəstəklədiyini deyib: “Çünki onun seçilməsi üçün başqa vasitələr mövcud deyildi. Oliqarxiya sistemi seçkilərin məntiqi saxtalaşdırılması və seçicilərin ələ alınmasına yönəlib. Bu gün hər bir oliqarx müəyyən rayona nəzarət edir və orada istədiyi adamlar üçün səs toplayır. Sarkisyan özünü hazırda zəngin biznesmenlərlə mühasirəyə alıb”.

Ovanes İqityan əmin deyil ki, Sarkisyanın özü bu insanlara söykənməyə məcbur olmasından şaddır: “Amma Sarkisyan hələ ki hakimiyyətdə qalmağın başqa üsullarını görmür. Ölkə əhalisinin 70-80 faizi hakimiyyətə qarşıdır və şəffaf seçkilərin keçirilməsi yolu ilə hakimiyyətə gəlmək mümkün deyil”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR