Kim Cong İndən Ebola qadağası
Bizi izləyin

Dünya

Kim Cong İndən Ebola qadağası

Şimali Koreya lideri Kim Yong İn paytaxt Pxenyanda keçiriləcək beynəlxalq marafona xarici atletlərin qatılmasını qadağan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı xarici atletlərin Ebola virusu daşıya biləcəyindən narahatdır.

Şimali Koreya 9 mindən çox adamın ölümünə səbəb olan Ebola virusunun geniş yayıldığı Qərbi Afrika ölkələrindən min kilometrlərlə uzaq olmasına baxmayaraq, ötən ilin oktyabr ayından etibarən ölkəyə girişə icazə verilmir. Marafonu izləmək üçün isə Şimali Koreyaya 500-ə qədər turistin gəlməsi gözlənilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm