• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İşindən bezib tənha adaya yollanan kişi – FOTOLAR

  • Dünya
  • 24 Fevral 2015 14:36
  • 574 Baxış
İşindən bezib tənha adaya yollanan kişi – FOTOLAR

Braziliyalı Kaio Rodrigez 32 ildir ki, stressli iş yerini tərk edərək tənha adada yaşayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı Kaio Rodrigez Braziliyanın cənub sahillərində yerləşən adamsız adaya görə arvad və uşaqlarını da tərk edib.

Kaio hər şeydən təcrid olunmuş qayalı adada düz 1 aydır ki, heç bir insanla ünsiyyət qurmadan yaşayır. Vaxt vardı, Kaio dünyanın ən böyük şəhərlərinin birində yaşayıb gərgin işlə məşğul olardı. İndi isə Kaio sakit həyat tərzi keçirərək, səhər yeməyinə əllə tutulmuş balıq yeyir. Günlərini isə dənizin kənarında tikilmiş asma çarpayıda uzanmaqla keçirir. Özünün dediyi kimi, heç bir şeyin dərdini çəkmədən rahat yaşayır.

Maraqlıdır ki, tənha adada heç heyvan da yoxdur. Kaionun yeganə yoldaşı Maruho adlı köpək olub. Lakin it “özünü tənha hiss etdiyi” üçün 3 il bundan əvvəl şəhərə göndərilib. Kaionun üzgüçülük geyimindən başqa bir geyimi də yoxdur. O, özünün gözəl təbiətli kiçik adanın nəzarətçisi adlandırır. Buna görə də, heç bir qəpik almasa belə, Kaio dünyanın ən yaxşı işində işlədiyini iddia edir.

Müasir dövrün Robinzon Kruzosu yerli mətbuata müsahibə verərək deyib: “Bu yerləri nə zamansa tərk edəcəyimi düşünəndə həyəcan keçirirəm. Bir çox insanlar həyatı boyu xoşbəxtlik axtarışında olur və sonadək axtardığını tapa bilmir. Lakin mən öz xoşbəxtliyimi tapmışam. Çünki 32 ildə bir dəfə də olsun, evimə qayıtmaq haqda düşünməmişəm. Hətta burada zamanın necə keçdiyini də sezmirəm. Mən də bütün insanlar kimi vaxtilə özümü dağa-daşa çırpmaqla pul qazanmağa çalışmışam. Amma burada pulun heç bir dəyəri yoxdur. İnsanların adaya gəlməsini çox da yaxşı qarşılamıram. Mənim insanlara ehtiyacım yoxdur. İndiki vəziyyətimdə çox xoşbəxtəm. Adada birdən artıq insanın olması kütlə yaradır”.

Kaionun 29 yaşı olarkən San-Paolo şəhərində mağazada çalışıb. Üç uşaq atası Cənubi Amerikanın ən böyük və 11 milyonluq əhalisi olan şəhərdə yaşayıb. Mağazada işlədiyi günləri Kaio belə xatırlayır: “O günləri heç xatırlamaq da istəmirəm. Orada o qədər insanlar rastlaşırdım ki, heç son 30 ildə bu qədər insana rast gəlməmişəm. Normal oksigen almadığım üçün nəfəs sistemimdə problemlər yaşayırdım”.

Kaionun məskunlaşdığı “İlha dos Gatos” adasının isə çox maraqlı bir tarixçəsi var. Tərcümədə “Pişiklər adası” kimi tanınan adaya pişiklər siçovulları məhv etmək üçün gətirilib. Lakin naməlum xəstəlik üzündən adada 5000-dən çox pişik məhv olub.

1950-ci ildə Braziliya prezidenti adanı ABŞ milyarderi Nelson Rokfellerə hədiyyə verib. ABŞ-ın 41-ci vitse-prezidenti olacaq Rokfeller sonradan buranı nüvə müharibəsi illərində sığınacaq axtaran qohumu Riçard Aldrixtə təhvil verib. Aldrixt isə adada 50 min dollar dəyərində ikimərtəbəli ev tikdirib. Lakin o, 1965-ci ildə dənizdə boğulub. Bundan sonra ev baxımsız qalaraq xarabaya çevrilib. Tezliklə ada Braziliya hökumətinə təhvil verilib. 1982-ci ildə isə Kaio ora köçüb.

Kaio adaya həyat yoldaşı Renata və 3 uşağı ilə gəlib. Lakin İkinci dünya müharibəsi illərində dəbdə olan kərpicdən bəsit formada tikilmiş yaşayış evi onların xoşuna gəlməyib. Kaio ailəsinə görə adanı tərk etmək əvəzinə, onları materikə göndərib. Özü isə adada tənha qalmağa başlayıb.

Kaio deyib: “Vaxtaşırı ailəm mənə baş çəkir. Bununla belə, adada qalmağıma görə peşman deyiləm”.

Kaio hər səhər saat 5-də yuxudan duraraq hər gün eyni yeməkləri hazırlayır. Kaio deyib: “Burada yaşamağıma baxmayaraq, dünyada baş verənlərdən xəbərdaram. Radioya qulaq asıram və xəbərləri izləyirəm”.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR