Türkiyədə növbəti əməliyyat: hədəf - “paralel dövlət”
Bizi izləyin

Dünya

Türkiyədə növbəti əməliyyat: hədəf - “paralel dövlət”

Ankara Respublika Baş prokurorluğu qeyri-qanuni dinləmələrlə bağlı “paralel dövlət”ə qarşı növbəti əməliyyata başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin 20 vilayətində keçirilən əməliyyat çərçivəsində 54 nəfərin saxlanılması barədə qərar verilib.

Səhər saatlarında saxlanılan bəzi şübhəlilər Dövlət Dəmiryolları Xəstəxanasında tibbi müayinədən keçirilib. Şübhəlilər daha sonra Ankara Təhlükəsizlik Müdirliyinə aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm