ABŞ mediası lamaların arxasınca düşdü - VİDEO
Bizi izləyin

Dünya

ABŞ mediası lamaların arxasınca düşdü - VİDEO

ABŞ-ın Arizona ştatında yerləşən heyvanxanadan 2 lama qaçıb. Ən maraqlısı isə budur ki, ölkənin məşhur media kanalları proqramı yarıda kəsərək zooparkdan qaçan lamaların ştat küçələrindəki hərəkətini canlı olaraq yayımlayıb.

Axar.az xəbər verir ki, ABŞ-ın CNN, “Foks Nyus” və MSNBC kimi nüfuzlu televiziya kanalları da xəbər bülletenini yarıda kəsərək lamaların “gəzintisi”ni canlı yayımlayıb.

“Foks TV”-nin canlı yayımda hadisəni həyəcanla şərh edən müxbiri Şeferd Smit vəziyyəti belə xarekterizə edib: “Lamaların ştat küçələrində o cür görüntülərini yayımlamağa imkanımız olduğu təqdirdə başqa bir şey edə bilməzdik. Bütün günü İŞİD barədə olan xəbərlər veririk. Ancaq həyatda başqa şeylər də var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm