• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İŞİD-in məhv etdiyi heykəllər saxta çıxdı – VİDEO

  • Dünya
  • 2 Mart 2015 00:49
  • 720 Baxış
İŞİD-in məhv etdiyi heykəllər saxta çıxdı – VİDEO

Xəbər verildiyi ki, İŞİD terror təşkilatı bir neçə gün əvvəl İraqın Mosul şəhərində minlərlə yaşı olan heykəlləri yıxdığını görüntüləyib. Lakin həmin heykəllərin orijinal olmadığı məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın Mosul şəhərinin sürgündəki valisi Esil Nuceyfi İŞİD-in məhv etdiyi heykəllərin çoxunun 2003-ci il ABŞ işğalından sonra Bağdada aparılan əsərlərin surəti olduğunu bildirib.

Amma İŞİD-in məhv etdiyi heykəllərdən ikisi orijinaldır. Bunlardan biri qanadlı öküz heykəli, digəri isə Rozhan heykəlidir.

Təxmini məlumatlara görə, İŞİD ələ keçirdiyi bölgələrdə indiyə kimi 10 mindən çox tarixi əsəri məhv edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR