• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gülnarə Kərimovanın erməni ortağı həbs olundu

  • Dünya
  • 18 Fevral 2014 10:56
  • 1 040 Baxış
Gülnarə Kərimovanın erməni ortağı həbs olundu

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın əhatəsindən bir neçə nəfər saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin insanlar saxlanılaraq respublika prokurorluğuna aparılıb. KİV xüsusilə, Rüstəm Madumarov, Hayan Avakyan və Yekaterina Klyuevanın adlarını hallandırır. Onlar Kərimovanın yaxın əməkdaşlarıdır. Bildirilir ki, onlar “Terra group”, “Prime Media”, “Gamma Promotion” və digər firmaların vergidən yayınması və məxfi pullarla bağlı saxlanılıb.

Keçən ilin noyabrında bir sıra KİV Daşkənddə Kərimovanın saxlanılması haqqında məlumat verib. Amma, Kərimova özü “Tvitter” dəki mikrobloqunda bu məlumatı inkar etmisdi. O izah edib ki, o, "Kelajak Ovozi" (Gələcəyin səsi) hərəkatının fəallarını azad etmək üçün rayon polis şöbəsində olub.

Hazırda Özbəkistanda Kərimovanın adı ilə bağlı bütün ictimai və biznes strukturları dövlət strukturları tərəfindən represiyaya məruz qalır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR