Dünya
Üsyançılar ağır sılahları geri çəkib
Donetskdəki rusiyapərəst separatçıların lideri atəşkəs razılaşmasına uyğun olaraq ağır sılahların ön cəbhə xəttindən tam "geri çəkildiyini” bildirib.
Publika.az xəbər verir ki, tanınmamış “DXR” rəhbəri Aleksandr Zaxarçenko bildirib ki, Ukrayna isə hələlik ağır texnikasını geri çəkməyib.
Ötən ay Minskdə avropalıların vasitəsilə imzalanan atəşkəs razılaşması o cümlədən təmas xəttindən ağır texnika və iri çaplı silahların geri çəkilməsini nəzərdə tutur.
Ukrayna hökuməti şənbə gününün sonunadək öz artilleriyasını geri çəkəcəyini bildirmişdi.
Bəyanatdan əvvəl Aİ və ATƏT Ukraynadakı hərbi hərəkətlərin iştirakçılarına müraciətində beynəlxalq müşahidəçilərin münaqişə zonasına sərbəst girişini tələb edib.
Cümə günü Almaniya və Rusiya Ukraynada ATƏT müşahidəçilərinin sayının 1 minə kimi artırılacağını müzakirə ediblər.
Hərçənd ki, avropalı siyasətçilər hesab edirlər ki, müşahidə missiyasının sayının artmasından başqa bölgədə effektiv monitoring və Rusiya-Ukrayna sərhədində texnika və adamların keçidinə nəzarət yaradılmalıdır.
"ATƏT və Aİ-nin ilk tələbi yerdə fəaliyyət göstərənlər tərəfindən monitorinq keçirənlərə tam sərbəst girişin verilməsidir. [Müşahidəçilərin] sayının artırılması müsbət nəticələr verəcək, lakin öncə giriş təmin olunmalıdır”, - Belçika xarici işlər naziri Didier Reynders deyib.
Bundan əvvəl ATƏT müşahidəçiləri rusiyapərəst separatçıların monitorinqə maneəçilik törətdiyini qeyd ediblər.
Fevralın 15-dən Ukraynada atəşkəs rejimi qüvvədədir, lakin Kiyev və separatçılar mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu