Ukrayna hərbi texnikasını cəbhəyə yığır – Müharibə
Bizi izləyin

Dünya

Ukrayna hərbi texnikasını cəbhəyə yığır – Müharibə

Ukrayna ordusu Minsk razılaşmasını pozaraq təmas xəttinə hərbi texnika və canlı qüvvə yığır.

Axar.az xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının Qərargah rəisinin müavini Eduard Basurin jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib. “Kəşfiyyatımızdan Ukrayna qoşunlarının təmas xətti boyunca yerləşməsi ilə bağlı həyəcanlı məlumatlar alırıq”, - Basurin bildirib. Separatçı komandirin sözlərinə görə, bazar günü Ukrayna qoşunlarının Debaltsevonun şimalında yerləşən Artyomovsk yaşayış məntəqəsində yerləşməsi ilə bağlı məlumat alıblar: “Bu yaşayış məntəqəsində hazırda 200-ə qədər zirehli texnika, 6 Uraqan reaktiv yaylım atəş sistemi və 6 ədəd 122 və 152 mm kalibrli artilleriya silahı yerləşdirilib”. Basurin bildirib ki, Artyomovskın özündə Ukrayna Silahlı Qüvvələrinin 54-cü əlahiddə motoatıcı briqadasının 2000-dən çox hərbçisi cəmləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm