İŞİD neftçiləri oğurladı
Bizi izləyin

Dünya

İŞİD neftçiləri oğurladı

İŞİD silahlıları Liviyada 9 əcnəbi neftçini oğurlayıb.

Publika.az-ın məlumatına görə, Avstriya rəsmiləri dörd filippinli, avstriyalı, banqladeşli, çex və qanalı neftçilərin oğurlandığını təsdiq ediblər.

Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, neftçilər Liviyadakı əl-Qani neft mədənində oğurlanıb. Hücum zamanı terrorçuların səkkiz keşikçinin başını kəsdiyi iddia olunur.

Oğurlananların “Value Added Oilfield Services” (VAOS) neft xidmətləri şirkətində işlədiyi deyilir.

VAOS işçilərinin hara aparıldığını bilmədiyni söyləyib.

4 vətəndaşının oğurlandığını təsdiq edən Filippin bəyan edib ki, onun Liviyada itkin düşən işçilərinin sayı 7-yə çatıb.

Liviya Milli Neft Korporasiyası əcnəbi işçilərin oğurlanması barədə heç bir məlumat verməyib. Lakin yerli neftçilərin cihadçılar tərəfindən iki saat saxlandıqdan sonra buraxıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm