Dünya
Saakaşvilinin partiyası istefa tələbi ilə mitinq keçirəcək
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası martın 21-də etiraz aksiyasının keçirilməsi ilə bağlı Tiflis meriyasına müraciət edib.
Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, etiraz aksiyasının əsas məqsədi milli valyutanın məzənnəsinin kəskin düşməsi ilə əlaqədar hökumətin istefası tələbini səsləndirməkdir.
Gürcü larisi ötən ilin 20 noyabrından ABŞ dolları qarşısında dəyərini itirməyə başlayıb. Müxalifət və iqtisadi ekspertlərin qənaətinə görə, larinin dəyərini itirməsi Gürcüstan hakimiyyətinin yanlış iqtisadi siyasətinin nəticəsidir.
“Məsuliyyətsizlik, acizlik, korrupsiya və hakimiyyətin digər qüsurları ölkədə yaradılan ağır sosial vəziyyətin səbəbidir. Rəhbərlik indiyə qədər anlamır ki, cəmiyyət nə qədər narazıdır. Hakimiyyət hesab edir ki, hər şey yaxşıdır və ölkədə bütün istiqamətlər üzrə inkişaf var. Martın 21-də hakimiyyət görəcək və əmin olacaq ki, cəmiyyət tamamilə başqa cür düşünür”, - “Vahid Milli Hərəkat” Partiyasının nümayəndəsi, Tiflisin meri vəzifəsinə sabiq namizəd Nika Meliya bildirib.
Yanvarın sonunda “Vahid Milli Hərəkat” Partiyası bəyan edib ki, hazırkı hakimiyyət milli valyutanın məzənnəsini sabit saxlamağa qadir deyil. Saakaşvilinin partiyası özünün 36 bənddən ibarət “böhrandan çıxış” planını təklif edib.
Ömər Dağlı
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?