“Admiral”da faciə: Ən azı 3 azərbaycanlı ölüb - YENİLƏNİB
Bizi izləyin

Dünya

“Admiral”da faciə: Ən azı 3 azərbaycanlı ölüb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı biznesmen Hüseyn Xanhüseyn oğlu Qəhrəmanova məxsus “Admiral” ticarət mərkəzində yanğın olub.

Publika.az-ın məlumatına görə, zərərçəkənlər arasında azərbaycanlılar da var.

Hazırda ölənlərin sayı 10 nəfərə çatıb, 60 nəfər yaralanıb. Daha 30 nəfərin dağıntılar altında qaldığı güman edilir. Xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.

Ölənlər arasında Azərbaycan vətəndaşlarının sayı barədə isə məlumat yoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb.

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, yanğın zamanı ölən Azərbaycan vətəndaşlarının şəxsiyyəti müəyyənləşib. O, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Elman oğludur.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən Trend-ə bildiriblər ki, ticarət mərkəzində baş verən yanğın zamanı üç azərbaycanlı ölüb. Onlardan biri qadın, biri isə yeniyetmə oğlandır. Digərinin isə kimliyi məlum olan 1995-ci il təvəllüdlü Paşayev Pərviz Elman oğludur.

İki nəfər isə yaralanıb. Şəxsiyyətləri məluma olmasa da, onlardan birinin adının Salam olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm