Dünya
ABŞ-ın pilotsuz təyyarələri İŞİD-i Türkiyədən vuracaq
ABŞ İŞİD-ə qarşı əməliyyatlarda Türkiyənin Adana vilayətində yerləşən İncirlik hərbi bazasından istifadə edəcək.
Publika.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, bununla bağlı qərar ABŞ-ın Mərkəzi Qüvvələrinin komandanı Austinin Türkiyəyə səfəri zamanı əldə olunub.
Əldə edilən razılığa əsasən, ABŞ Pakistan və Yəməndəki Əl-Qaidə hədəflərinə qarşı istifadə etdiyi 2 ədəd “Predator” (vəhşi, yırtıcı heyvan) adlı pilotsuz təyyarələrdən İŞİD-ə qarşı da istifadə edəcək. Bunun üçün Türkiyənin İncirlik hərbi bazasından istifadə olunması ilə əlaqədar artıq Ankara hökuməti də müvafiq razılıq verib.
Razılığa görə, “Predator” pilotsuz təyyarələri yaxın 2 həftə ərzində Türkiyəyə gətiriləcək.
Qeyd edək ki, 1995-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan “Predator” pilotsuz təyyarələrinin düşmən tərəfindən müəyyən edilməsi və vurulması ehtimalı çox azdır. Pilotsuz təyyarələr "Hellfire" (cəhənnəm atəşi) adlandırılan 500 kiloluq bombalarla yerdəki hədəflərə zərbə endirir. "Predator" 740 kilometr yüksəyə qalxa və 30 saata qədər havada qala bilir. Bu təyyarələrdən ilk dəfə Pakistan və Yəməndəki “Əl-Qaidə” hədəflərini vurmaq üçün geniş istifadə edilib.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR