• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Narkotik istifadəçiləri - qulluqçu, nəqliyyat işçisi, tələbə

  • Dünya
  • 16 Mart 2015 22:34
  • 850 Baxış
Narkotik istifadəçiləri - qulluqçu, nəqliyyat işçisi, tələbə

İl ərzində narkotik maddə istifadəsinə görə 2579 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1 nəfəri 18 yaşadək, 578 nəfəri 30 yaşadək, 1926 nəfəri 30 yaşdan yuxarı, 24 nəfəri fəhlə, 8 nəfəri qulluqçu, 1 nəfəri nəqliyyat işçisi, 1 nəfəri ali məktəb tələbəsi idi, 77nəfəri isə qadındır.

Publika.az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Məsuliyyətə cəlb olunmuş 68 nəfər xarici ölkə vətəndaşlarından 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 32 nəfəri İran İslam Respublikası, 22 nəfəri Gürcüstan, 8 nəfəri Rusiya Feda - rasiyası, 2 nəfəri Türkiyə, 1 nəfəri Ukraniya, 1 nəfəri Litva, 1 nəfəri Türkmənistan, 1 nəfəri Kanada Respublikasının vətəndaşı olub.

2014-cü il ərzində 1235 nəfər narkotik istifadəçisi qeydə alınmaqla, xəstələrin ümumi sayı 28656 nəfərə çatıb. Onlardan 23042- si dispanser, 5614-ü profilaktik, 666-sı anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 6 nəfər, 554-ü qadın, 399-u dispanser, 155-i profilaktik, 152 nəfəri isə toksikomanlar olub. 2014-cü ildə 1.235 nəfər yeni qeydiyyata götürülmüş, qeydiyyatdan çıxanların ümumi sayı 955(3,3%) (454-i dispanser, 501- i profilaktik) nəfərdir.

Əvvəlki illərdə olduğu kimi, İİV-infeksiyasının ölkədə yayılması əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotiklər istifadəçiləri hesabına baş verir. Azərbaycan vətəndaşları arasında 2014-cü ildə aşkar olunan İİV-ə yoluxma hal - larının 30,3%, ümumilikdə isə 1992- 01.01.2015-cü il tarixədək yoluxma hallarının 53,8% inyeksion narkotik istifadəsi nəticəsində baş verib.2014-cü il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayi nəsi nəticəsində, 44 İİV-infeksiyasına yolux ma faktı təsdiq olunub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR