Dünya
Bu gün Netanyahunun taleyi həll olunur
Bu gün İsraildə növbədənkənar seçkilər keçirilir.
Publika.az-ın məlumatına görə, ekspertlər Benyamin Netanyahunun
rəhbərlik etdiyi “Likud” partoyasının artıq favorit sayılmadığını
gümün edirlər. onlar hesab edirlər ki, bu seçkilər siyasi
sürprizlər və İsrailin siyasi səhnəsində güclərin mümkün
yerdəyişməsini vəd edir.
Son məlumatlara əsasən, “Likud” partiyası yeni knessetdə 120 yerdən 21-ni əldə edə bilər. Onun əsas rəqibi - sol mərkəzçi “Sionist düşərgəsi” bloku 26 yerə ümid edir. Bu blokda İshaq Hersoqun sol “Avoda” və Tsipi Livninin mərkəzçi “Xa-Tnua” partiyaları birləşir. Hersoq və Livni İsrailin Netanyahu dövründə həm siyasi, həm də sosial-iqtisadi sahədə tənəzzül yaşayan istiqamətini dəyişməyi vəd edirlər.
İki siyasi oyunçunun “daban-dabana” mübarizəsi fonunda populyarlıq qazanaraq hakim koalisiyanın yaradılmasında həlledici söz deyə biləcək kiçik partiyaların rolu artır. Bu seçkilərdə belə güclərdən biri əvvəllər “Likud”da yer alan Moşe Kaxlonun başçılıq etdiyi “Kulyanu” partiyasıdır. Netanyahu ona dəstək verəcəyi təqdirdə Kaxlona maliyyə naziri kürsüsünü vəd edib.
Ümumilikdə isə müşahidəçilər bu seçkiləri son illərin ən qəribə
və qəliz seçkilər adlandırırlar. Belə ki, yaranmış siyasi
qarşıdurmada milli sionizm ideyalarına qarşı sülh naminə siyasi və
ərazi güzəştlərinə hazır olan liberalizm mübarizə aparır. İsrail
KİV-lərinin yazdıqlarına görə, kampaniyanın özü aqressivliyi və
kompromat savaşı ilə seçilir. Bu savaşın qurbanlarından biri son
sorğunun nəticələrinə görə mövqeləri ciddi surətdə zəifləyən
Aviqdor Libermanın “Bizim ev” partiyasıdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu