Dünya
Nüvə danışıqları yenə təxirə salındı
İranın nüv\ proqramı ilə bağlı dünyanın 6 supergücü arasında aparılan danışıqlar gələn həftəyədək dayandırılıb.
Publika.az xəbər verir ki, danışıqlarda ötən bir il ərzində xeyli irəliləyiş əldə edilsə də, tərəflər arasındakı mövqe fərqləri saziş barədə razılığa gəlinməməsinə əsas verəcək qədər dərindir.
Bu danışqılarda Fransa İrana münasibətdə ən kəskin mövqe tutan ölkədir.
ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İran məsələsində ümumən yekdil olsalar da, ABŞ Konqresinin mövqeyi narahatlıq yaradır.
Müşahidəçilər qeyd edirlər ki, İsrailin təsiri altında respublikaçı Konqres İranla hər hansı sazişi iflasa uğrada bilər.
İran nümayəndə heyəti danışıqları yarımçıq dayandıraraq Tehrana qayıtmasını prezident Ruhaninin 90 yaşlı anasının vəfatı ilə izah edib.
Danışıqları tərk etməzdən əvvəl ABŞ-ın dövlət katibi Con Kerri, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran Atom Enerjisi Agentliynin rəhbəri Əli Əkbar Salehi fikir ayrılıqlarını aradan qaldırmaq üçün ayrıca görüşlər keçiriblər.
Cavad Zərif bildirib ki, danışıqlar bu həftə olduqca mühüm nöqtəyə yaxınlaşınb və tərəqqi əldə edilib.
O həmçinin qeyd edib ki, öz aralarında razılığa gəlmək üçün qərblilərin də fasiləyə ehtiyacları var.
Ən diqqətəlayiq cəhət budur ki, danışıqların dinamikasından həm ABŞ dövlət katibi, həm də Rusiyanın baş danışıqçısı razı qaldıqlarını söyləyirlər.
Sergei Ryabkov Reuters agentliyinə bildirib ki, o İranla danışıqlarda Con Kerrinin nikbinliyini tam bölüşür.
Danışıqlarda Kerri İran nümayəndə heyətinə prezidentə üz vermiş kədərlə bağlı başsağlığını bildirib və iranlıları Novruz bayramı münasibətilə təbrik edib.
Avropa və ABŞ nümayəndələri şənbə günü Londonda görüşüb məşvərət aparmaq barədə razılığa gəliblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu