Dünya
Liparityan: “İrəvan azadlığını Moskvaya qurban verir”
“Biz öz azadlığımızı Rusiyaya qurban veririk”.
Axar.az xəbər verir ki, bu sözləri “168 Jam” qəzetinə müsahibəsində Ermənistanın eks prezidenti Levon Ter-Petrosyanın məsləhətiçisi olmuş politoloq Jirayr Liparityan söyləyib.
O, ermənilərin müstəqilliyini Rusiya və SSRİ ilə savaşaraq aldığını bildirib:
“Biz hazırda elə hərəkət edirik ki, guya Türkiyənin tərkibindən çıxmışıq. Rusiya bizim müstəqilliyimizə təhlükə kəsb etdiyi zaman biz Türkiyəyə çağırış edərək, ona qarşı xarici siyasət formalaşdırırıq. Biz o qədər də böyük olmayan addımlarla öz müstəqilliyimizi Rusiyaya veririk. Ermənistanın siyasi mentalitetini, xüsusilə isə soyqırım haqqında deklarasiyanın nəticələri və mənasını ölkənin müstəqilliyinin itirilməsi ilə sıx bağlı olduğunu görmədən başa düşmək mümkün deyil.
Yüzillik bizə soyqırıma gətirən səbəblərin dərindən öyrənilməsi üçün tam imkan verirdi. Amma biz başqasından soyqırımı tanımasını istəyəndə özümüzü rahat və xoş hiss edirik. Deyəsən, bu bizim siyasi mədəniyyətimizə xasdır. Öz məqsədinə çatmaqdan ötrü hər şeyi edib, sonra isə özünü yaxşı hiss etmək yöndəmsiz fəaliyyətdir. Məncə, soyqırımın 100 illiyini anlamaq üçün ən yaxşı hal erməni xalqına azca da olsa hörmət edilməsi və ona lazım olan yaxşı həyatın verilməsi idi”.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi