Dünya
Saakaşvili tərəfdarlarına müraciət etdi
Gürcüstanın sabiq prezidenti Mikheil Saakashvili Milli Birlik Hərəkatı tərəfdarlarını qisas və kindən uzaq durmağa çağırıb.
“Qisas almaq və haqq-hesab çürütmək barədə düşünmək belə olmaz. Çünki Gürcüstan eyni səhvi bir də təkrarlaya bilməz. Biz tariximizin bu fəslini artıq qapatmalı və bir daha ona qayıtmamalıyıq. Gürcüstanın köhnə məsələləri saf-çürük etməyə vaxtı yoxdur”.
Publika.az xəbər verir ki, Saakaşvili Tbilisidə nümayişə toplaşmış tərəfdarlarına Brüsseldən müraciət edərkən belə deyib.
O deyib ki, “tezliklə biz hamımız bir ölkənin övladları olduğumuzu və bir düşmənimizin olduğunu dərk edəcəyik. Bizim keçmişimiz fərqli ola bilər, amma gələcəyimiz eynidir”.
Martın 21-də Gürcüstanda on minlərlə insan hökumət əleyhinə son illərin ən böyük nümayişinə qatılıb.
Mitinqçilər iqtisadi çətinliklərə, milli valyutanın 30 faiz ucuzlaşmasına və ölkədə cinayətkarlığın artmasına etiraz ediblər.
Nümayişçilər baş nazir Bidzina İvanishvili hökumətini dinc şəkildə istefa verməyə çağırıblar.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı